Aydan Əliyevanın konserti baş tutdu - FOTOLAR

SOSİAL
15:55 10.02.2025
196
Bakı Gənclər Mərkəzində Gənc bəstəkar, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar ittifaqının üzvü Aydan Əliyevanın yaradıcıllıq konserti keçirilib. 

AZXEBER.COM xəbər verir ki, konsertin təşkilatçısı Bakı Gənclər mərkəzi olub.

Konsertdə Aydan Əliyeva yazdığı klassik əsərlər və öz mahnı repertuarı ilə tamaşaçılar qarşısında fortepianoda ifa edərək eyni zamanda özü oxuyaraq çıxış edib. 

Aydan Əliyevanın bəstələdiyi "Gecənin yağışı"(söz : Əli Qafarlı), "Çağırdım" (söz : Aydan Əliyeva, Tural Məmmədov), "Mənə bax" (söz :Tural Məmmədov), eləcə də "Şuşa-Cıdır düzü səhəri" pyesi, "Fortepiano üçün 2 prelud" əsərləri dinləyicilərin ən sevdiyi musiqi nömrələrindən olub.

Konsertdə eyni zamanda qonaqlar sırasında əyləşən bəstəkarın müəllimi, ona sənətdə dəstək olan Ruhəngiz Ələkbərova və mahnılarının sözlərində müraciət etdiyi yazar Cəvahir Tanrıverdi, Avstriyalı Cello ifaçısı John Varney də var idi. 

Qeyd edək ki, bundan öncə gənc bəstəkarın  ilk konserti yanvar ayında Qara Qarayevin ev muzeyində keçirilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR