Aydın Bəşirov da vəzifəsini itirməsindən danışdı

SİYASƏT
12:31 23.10.2013
2274

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov tutduğu vəzifəsindən azad olunmasına qısa münasibət bildirib. Sabiq rəis A.Bəşirov Publika.Az-a eksklüziv açıqlamasında aşağıdakıları deyib: “Hər şey normaldır, cənab prezident bildiyini edib. Məsələni şişirtməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib.Onu da bildirək ki, indiyədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsini Aydın Bəşirov tutub.

OXŞAR XƏBƏRLƏR