Ötən ilin dekabr ayının 11-də AZXEBER.COM informasiya portalında "Həbs edilən Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş – TƏFƏRRÜAT” başlıqlı informasiya dərc edilib. Məlumatda Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlunun Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevlə yaxın əlaqələri olduğu və onun əməllərindən Aydın Əliyevin xəbardar olduğu qeyd edilib.
AZXEBER.COM informasiya portalının redaksiya heyəti olaraq bildiririk ki, məlumat yazılarkən müxtəlif mənbələrin yanlış informasiyalarına söykənilib. Belə ki, sonrakı araşdırma zamanı məlum olub ki, Həsənov Rəhim Səlim oğlunun həbs edilmədən öncə gömrük orqanlarından xaric edilib. Bundan başqa onun komitə sədri Aydın Əliyevlə heç bir yaxın əlaqəsi təsdiqini tapmayıb. Bütün bunları nəzərə alaraq yazılan məlumatı təkzib edir, Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Aydın Əliyevin işgüzar nüfuzuna vurduğumuz zərərə görə ondan üzr istəyir xüsusi ittiham qaydasında məhkəmə iddiasını geri çəkməsini xahiş edirik.
Hörmətlə, "Azxeber.com” redaksiyasının rəhbərləri
Hacıbəy Heydərli
Əfsələddin Ağalarov