Aydın Mirzəzadə: ''FHN sayəsində həyatımızın təhlükəsiz olduğuna arxayınıq''

SİYASƏT
15:55 14.07.2014
1325

“Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar və operativ fəaliyyəti ictimaiyyət arasında da böyük rəğbət qazanıb. Həqiqətən də çox yaxşı işləyirlər”. BunuFHN-nin fəaliyyətinə qiymət verərkən deputat Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, FHN yalnız sudaboğulma və yanğınsöndürmə hadisələrini yox, ümumiyyətlə cəmiyyətdə baş verən bütün fövqəlada halların qarşısını alır və belə hallar baş verərsə, qısa zamanda yardım göstərir.

Aydın Mirzəzadə digər güc strukturlarının fəaliyyətini də müsbət qiymətləndirib. “Daxili İşlər Nazirliyinin (DİN) gördüyü ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlara qarşı mübarizədəki fəaliyyəti onların peşəkarlığının nəticəsidir”. A. Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə isə xüsusi dəyərləndirib. “Onlar xarici qüvvələrin marağının qarşısını alır, xüsusən də son dövrlərdə narkoticarətə qarşı apardıqları fəaliyyət cəmiyyətdə razılıq doğurur”.
//modern.az
OXŞAR XƏBƏRLƏR