Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi

Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi
Seçki2024
17:13 19.02.2020
3604
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən namizədlər İbrahim Salamovun və Qurbanəli Yusibovun müraciətləri müzakirəyə çıxarılıb. 

AZXEBER.COM-un Oxu.Az-a istinadən verdiyi xəbərinə görə, bu barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. 

Qeyd olunub ki, şikayətçilər müvafiq seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını tələb edirlər.

B.Əsgərov isə bildirib ki, həmin dairənin yalnız üç seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb. 

Qeyd edək ki, həmin dairənin lider namizədi Aydın Mirzəzadədir. 
OXŞAR XƏBƏRLƏR