Aygün Kazımova: "Onların mənim qızıma bəslədikləri münasibət analarına, qızlarına bəslədikləri münasibətdir”.
ŞOU-BİZNES
11:26 01.04.2011
976
Müğənni İlqarə İbrahimovanın sosial şəbəkələrdə yeniyetmə oğlanlarla birlikdə əyləndiyi video ətrafında yaranan sualları cavablandıracaq. Bu barədə ANS-ə A.Kazımova bildirib. Aygün Kazımova İlqarənin görüntülərini çəkən sinif yoldaşlarının valideynləri ilə danışdığını açıqlayıb. Sənətçi onlardan övladlarını xalqın qarşısına çıxaraq qızından üzr istəməsini xahiş edib: “Bu günədək İlqarənin nə sinif yoldaşları, nə də valideynləri bununla razılaşıb. Cəmiyyətdə tanınan insan olmasaydım, bu söhbəti elə evdə ağsaqqallarla, böyüklərlə oturub həll edərdik. Sinif yoldaşları çıxıb deməlidir ki, biz uşaq olmuşuq bilməmişik. Bunu söyləmək bu qədərmi çətindir? Bir qızın taleyini ləkələmək, özü də Azərbaycanın "Eurovision" yarışmasında təmsil etməyə iddialı olan birini... Onların mənim qızıma bəslədikləri münasibət analarına, qızlarına bəslədikləri münasibətdir”.