"Aygün Bəylərə toxunmaq olmaz" - Xoşqədəm

"Aygün Bəylərə toxunmaq olmaz" - Xoşqədəm
MAQAZİN
12:13 10.12.2025
149
Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında Əməkdar artist Aygün Bəylərin görüntülərini paylaşıb.
 
AZXEBER.COM xəbər verir ki, görüntülərdə aparıcının övladları da yer alıb.
 
"Elə insanlar var ki, onlara toxunmaq olmaz, çünki onlar xalqın qəlbində ucaldıqları yerdə toxunulmaz olurlar. Aygün Bəylər də həmin nadir insanlardandır. Böyük sənətkar, böyük səs, böyük istedad… Ola bilər ki, rəsmi olaraq "Xalq artisti” adını almayıb, amma o bu adın həqiqi sahibiydi — səhnəyə çıxdığı ilk gündən. Bu xalqın yaddaşında səsi ilə, sənəti ilə, ləyaqəti ilə əbədi yer aldı.
 
Onun ölümü mənə elə təsir etdi ki, sanki ən yaxınımı itirdim… Bu ağrı daim qəlbimdədir və onun xatirəsi heç vaxt silinməyəcək. Unutmayın, bəzi insanlar fiziki olaraq gedir, amma geridə elə bir iz qoyurlar ki, zaman belə o izi silə bilmir… Aygün Bəylər də məhz o izlərdən biridir", - deyə teleaparıcı qeyd edib.

Aysel

OXŞAR XƏBƏRLƏR