Aygün Bəylərə “Xalq artisti” adı niyə verilməyib? - Əbülfəs Qarayev açıqladı

MƏDƏNİYYƏT
15:22 10.01.2024
2285
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona "Xalq artisti” fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.

Cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bu məsələ ilə bağlı Manset.az Əbülfəs Qarayevlə əlaqə saxlayıb. O, açıqlamasında Aygün Bəylərə "Xalq artisti” fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib:

"Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O, bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin! Ona "Xalq artisti” adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona "Əməkdar artist” adı verilmişdi, "Xalq artisti” adının verilməsi üçün müəyyən vaxt keçməli idi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəqin ki, hansısa səbəbləri olub”.
Əbülfəs Qarayev həmin o səbəbləri açıqlamaq istəməyib. Sabiq nazir Bakıda olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Əbülfəs Qarayev açıqlamasında fəxri adların (Əməkdar, Xalq) verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylərə 2002-ci ildə "Əməkdar artist” fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb