"Aygün Bəylərin müalicəsi dövlətin diqqətində olub" - NAZİRLİK

"Aygün Bəylərin müalicəsi dövlətin diqqətində olub" - NAZİRLİK
MƏDƏNİYYƏT
15:40 07.01.2024
673

Ötən axşam Ankarada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi vətənə gətirilmək üçün yola düşüb.


AZXEBER.COM xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Əməkdar artistin səhhəti ilə bağlı məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülüb və müalicəsinə zəruri dəstək göstərilib.

Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə göndərilmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Mədəniyyət Nazirliyi bir daha sənətkara Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyib.


OXŞAR XƏBƏRLƏR