Aygün erməni təxribatı ilə bağlı mətbuata açıq məktub ünvanlayıb

Aygün erməni təxribatı ilə bağlı mətbuata açıq məktub ünvanlayıb
SOSİAL
16:21 30.08.2016
1519
Müğənni Aygün Kazımova Almaniyada keçirilən beynəlxalq mükafatlandırılma mərasimində erməni təxribatının qarşısını almasının gerçəyi əks etdirməməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, müğənni mətbuata açıq məktub ünvanlayıb:“Siruşonun "Sarı gəlin" mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun "Sarı gəlin" mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxt az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Daha sonra dərhal Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı və dərhal mənimlə Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu".
Aygün Kazımova həmçinin Almaniya səhnəsində çıxışdan imtina edəcəyini belə, göz önünə aldığını qeyd edib:"Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu və mütləq səhnəyə çıxmağımı məsləhət gördü. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər "Sarı gəlin" mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlanmışdı. Amma şükür ki, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı".
A.Kazımova mükafat alacaq sənətçilərin hansı mahnını ifa etmələri haqda məlumatın əvvəldən verilmədiyini bildirib:"Yazırlar ki, ermənilərin tanıtım çarxında "Sarı gəlin" olmayıb. Və guya bu, o deməkdir ki, onlar "Sarı gəlin"i ifa etməyəcəkmiş. Əlbəttə əvvəldən bilinsəydi ki, bunun qarşısı alınardı. Məncə bu, erməni hiyləsi idi. Amma təəssüf ki, yerli mediamızda erməni dəyirmanına su tökən qurumlar da fəaliyyət göstərir. Azərbaycanın tanıtım çarxında mənim "Hayat ona güzel" və "İkinci sen" mahnılarım istifadə olunub. Mən isə "Coffee from Colombia" mahnımı ifa etmişəm. Yəni, tanıtım çarxında müğənnilərin müxtəlif mahnılarından istifadə olunub".
Son olaraq müğənni bu işdə dövlət qurumlarımızın təxirəsalınmaz fəaliyyəti üçün onlara minnətdar olduğunu da vurğulayıb:"Öz adımdan, bütün komandam adından Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Berlindəki səfirliyinə təşəkkürümü bildirirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı