Aygün Kazımova: 'Məni sındıra bilməzlər'

MAQAZİN
12:55 03.05.2013
1647

Xalq artisti Aygün Kazımova haqqında gəzən şayiələrə aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, xalq artisti “Gün keçir” verilişində Snup Doqla heç bir duet oxumaması ilə bağlı deyilənlərə aydınlıq gətirib.Bildirib ki, həqiqətən dünya şöhrətli repçi ilə görüşüb, onunla duet oxuyub. Sosial şəbəkələrdə onların birgə yayılan fotoları isə heç də “photoshop”da hazırlanmayıb:“Yayılan şayiələrə inanmayın. Düzdür, bu kimi dedi-qodular, yalan sözlər məni çox üzür. Amma məni sındıra bilməzlər”.Qeyd edək ki, Aygün Kazımovanın Snup Doqla birgə ərsəyə gətirdiyi “Coffee from Columbia” adlı layihə bu ay təqdim olunacaq. Daha sonra isə xalq artistimiz Snup Doqla Avropa turnesinə çıxacaq.

OXŞAR XƏBƏRLƏR