Xalq artisti Aygün Kazımova ilə müğənni Ceyhun Əliyevin dueti alınmadı.
AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni Ceyhun "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Ceyhun səbəb kimi xalq artistinin konsertə hazırlaşması göstərdi.
"Aygün Kazımova konsertə hazırlaşır. Mənim vaxtım var, onun isə yoxdur. Əvvəl telefonla danışırdıq, mesajlaşırdıq. İndi isə zənglərə də cavab vermir. Prodüserinə zəng edib, onla bağlı hal-əhval tuturam".
Qeyd edək ki, A.Kazımovanın solo konserti sentyabrın 22-də "Crystal hall"da baş tutacaq.