AZXEBER.COM-un Day.az saytına istinadən verdiyi xəbərə görə, müğənni bu barədə yerli telekanallardan birinin efirində açıqlamasında deyib."Mən "Yeni ulduz" yarışmasında iştirak edəndə o mənə məsləhətlər verirdi. Bir dəfə Aygün xanım müsabiqəyə gəlməmişdi. Mən həmin vaxt pərdə arxasında ağladım. Çünki oxuyan zaman ona baxmayacaqdım. İndi bir çox müğənnilər məni dəstəkləyirlər. Mən Aygün xanımın yaradıcılığını uşaqlıqdan izləyirəm. O, yerli şou-biznesə bir çox yeniliklər gətirib", - o qeyd edib.