Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı - "Mərd adam"

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı - "Mərd adam"
MAQAZİN
12:47 09.11.2025
205
40 illik yaradıcılığı ərzində saysız-hesabsız vətənpərvər əsərlərə imza atan Xalq artisti Aygün Kazımova Zəfər Gününün 5 illiyi münasibətilə tamaşaçıların qarşısına yeni bəstə ilə çıxıb.

AZXEBER.COM xəbər verir ki, ölkənin əsas ulduzunum mahnısı "Mərd adam” adlanır.

Bulvarda keçirilən xalq konsertində səhnə alan Pop kraliça bu mahnını ilk dəfə məhz "Zəfər konserti”ndə səsləndirib.

Mahnının sözləri və musiqisi Vüqar Şiriyevə məxsusdur.

"Zəfər konserti”nə xüsusi hazırlaşan Kazımova milli ornamentlərlə bəzədilmiş fərqli səhnə libasında, rəqqasların müşayiəti ilə möhtəşəm çıxış təqdim edib.
OXŞAR XƏBƏRLƏR