Aygün Kazımovanın Əbülfəz Elçibəyə həsr etdiyi mahnını eşitmisiz? - VİDEO

MAQAZİN
14:50 27.08.2012
2408
Azərbaycanın xalq artisti Aygün Kazımovanın eks-prezident Əbülfəz Elçibəyə həsr etdiyi mahnı sosial şəbəkələrdə geniş yayımlanmağa başlayıb. Mahnı mərhum Əbülfəz Elçibəyin son günlər zəhərlənmə xəbərləri ilə gündəmə gəlməsi ilə yada düşüb. Eks-prezidentin seçki kompaniyasının bir hissəsi olan mahnının sözləri Ramiz Rövşənə, musiqisi Cavanşir Quliyevə məxsusdur.Xatırladaq ki, Əbülfəz Qədirqulu oğlu Elçibəy (əsl soyadı Əliyev; 24 iyun 1938 – 22 avqust 2000) — Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezidentdir.

OXŞAR XƏBƏRLƏR