Mansur Yavaş barəsində araşdırma başladıldı

Mansur Yavaş barəsində araşdırma başladıldı
DÜNYA
10:46 14.04.2026
287
Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş barəsində araşdırma başladılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ABB sədrinin 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyə resurslarından, nəqliyyat vasitələrindən qanunsuz istifadəsi ilə bağlı yayılan iddialardır.

Qərardan sonra bələdiyyə bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, sənədlərdə Yavaşın nəqliyyat vasitələrindən istifadə ilə bağlı birbaşa təlimat verdiyini göstərən heç bir fakt yoxdur: "Buna baxmayaraq, fərziyyələrə əsaslanaraq, məsuliyyəti təyin etməyə cəhdlər olunur”.
 
/qafqazinfo
OXŞAR XƏBƏRLƏR