Aygün Kazımovanın həbsdəki qardaşından xəbər var

MAQAZİN
15:01 13.03.2015
6740
Bu gün Bakı Apelyasiya Məhkəməsində Kazım Kazımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.AZXEBER.COM lent.az-a istinadən məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun zərərçəkmişlərə dəymiş ziyanın “ANT” tikinti şirkətindən tutulması barədə məhkəmə qərarının ləğv edilməsi ilə bağlı apelyasiya protesti təmin edilməyib. Həmçinin təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayət də təmin edilməyib.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kazım Kazımzadənin 12 il, Yaqub Kiyasovun 10 il, Olqa Polkovanın 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Kazım Kazımzadə həbs olunandan sonra “Əsgəroğlu-K” MMC-nin əmlakının “ANT” tikinti şirkətinə keçirilməsini nəzərə alaraq zərərçəkmişlərə dəymiş ziyanın həmin şirkətdən tutulması barədə qərar qəbul edib. “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar.Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla, 7 il şərti olaraq azadlıqdan məhrum edilib.Onu da qeyd edək ki, yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var