Aygün Kazımovanın qızı nişanlandı?

MAQAZİN
13:14 08.10.2012
4094
Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın nişanlanması haqda xəbərlər dolaşır. Facebook sosial şəbəkəsində Aygün Kazımova adına açılan rəsmi səhifələrdə xalq artistinin qızına təbriklər ünvanlanır.Sənətçinin prodüseri Tolik (Tarix Əliyev) SİA-ya açıqlama verərək yayılan xəbəri təkzib edib: “Nə nişanlanmaq? Bu insanlar nə danışırlar? Dünən İlqarənin nişanı yox, ad günü idi. Nişan barədə söhbət belə yoxdur. Bunlar hamısı yalandır”.

OXŞAR XƏBƏRLƏR