Müğənni Aygün Mahmudova bir müddət əvvəl xeyli çəki atması ilə gündəmə gəlmişdi.
Sənətçinin yenidən kökəldiyi diqqətdən qaçmayıb. "5/5” verilişinə qonaq olan Aygün pələng dərisi naxışlı tulum geyinib.
Mahmudova proqramdan fotolarını İnstaqram səhifəsində paylaşıb. O, tənqidlərin çox yazıldığını görərək şərh bölməsini bağlayıb. Bir çoxları isə Aygünün yenidən hamilə olmasını qeyd edib.
Qeyd edək ki, Aygün rejissor Kənan M.M.-lə ailəlidir. Onların üç övladı var. Aygün açıqlamasında bildirmişdi ki, dietoloq məsləhəti ilə arıqlayıb.
///Axşam.az