Hər il nömrə bir adını alan tanınmış incəsənət adamları müxtəlif nominasiyalar üzrə mükafatlandılırlar. Artıq üç ildir keçirilən mükafatlandırmada hər il xanımlar və bəylər üzrə nömrə 1 elan olunur. 2013 cü ildə - xalq artistləri Aygün Kazımova və Faiq Ağayev bu ada layiq görülüb.
2014-cü ildə isə kişi sənətçi dəyişilməz qalsa da, Aygün Kazımovanı Natavan Həbibi əvəz edib.
Bu ilki mükafatlandırmada isə hələ ki, qaliblərin adı açıqlanmayıb. Bu il nömrə bir mükafatını alacaqlar arasında ən çox Aygün Kazımova , Röya və ya Natavan Həbibinin adı çəkilir.
Qeyd edək ki, layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Tural Ozan, prodüser isə Təranə Səmədovadır.