Aygündən Röyaya sərt - CAVAB

Aygündən Röyaya sərt - CAVAB
MAQAZİN
22:26 10.12.2018
5665
Xalq artisti Aygün Kazımova İnstagramda maraqlı paylaşım edib.

AZXEBER.COM Starxeber.az-a istinadən xəbər verir ki, "Altın kelebek" mükafatlandırma mərasimində "İlin qadın müğənnisi" nominasiyasında mükafat alan Aygün Kazımova Bakıya döndükdən sonra sosial şəbəkədə fanatları ilə sevinc hisslərini bölüşüb. 

Xalq artisti hər zaman onun yanında olan milyonlarla sevəninə təşəkkür borcu olduğunu yazıb. Bildirib ki, bu zirvəyə qalxmaq çətindir, lakin zirvədə qalmaq daha çətindir. Çünki, daha gedəcəyin yol aşağıdır. Mənim yolum isə hələ indi başlayır!

Onu da deyək ki, xalq artistinin bu paylaşımına yazılan şərhlərdə onun fanatları "Daha gedəcəyin yol aşağıdır" fikirlərinin Röya Ayxana cavab olaraq yazıldığını iddia ediblər. Onlar Röyanın Aygün Kazımovaya bəslədiyi kindən sonra getdikcə xalqın gözündən aşağı düşdüyünə işarə ediblər.

Qeyd edək ki, Röya Ayxan Altın Kelebek” ödülünü Azərbaycana ilk dəfə özü gətirdiyini vurğulayaraq İnstaqramda küsülü olduğu Aygün Kazımovaya ismarış yollamışdı. O, ötən il "Altın Kelebek”dəki çıxışını paylaşaraq bir ilkə imza atdığını qeyd edib: "Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil etmişəm. Qeyd edim ki, tək Allah şahidimdir ki, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı ilk gətirən Röyanı unutmasın”.
OXŞAR XƏBƏRLƏR