Türkiyə Superliqasının sonuncu turu çərçivəsində “Karabükspor”a məğlubiyyətdən sonra (1:3) tutduğu vəzifədən istefa verdiyini açıqlayan “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman yenidən komandaya qayıdıb.
Ötən gecə klubun prezidenti Əziz Yıldırımla görüşən Kocaman istefa qərarından daşınıb.Kocamanın istefa qərarından daşınmasında Ə.Yıldırım və "Fənərbaxça"lı futbolçuların böyük payı olub.
Qeyd edək ki, "Fənərbaxça" 17 turdan sonra 27 xalla turnir cədəlinin 4-cü pilləsində qərarlaşıb.//qol.az