Ayla Çelikdən Əflatun Qubadovun oğluna dəstək - VIDEO
MAQAZİN
12:50 11.05.2016
2448
Son zamanlar ən çox dinlənilən mahnılar siyahısında olan “Bağdat” mahnısının ifaçısı Ayla Çelik azərbaycanlı ifaçıya dəstək olub.AZXEBER.COM-un məlumatına görə, müğənni öz rəsmi instagram səhifəsində gənc müğənni Həbibi Qubadzadənin ifasını paylaşıb. Bu ifa qısa müddətdə yüzlərlə bəyənmə alıb, türk istifadəçilər azərbaycanlı müğənni ilə bağlı xoş rəylər yazıblar.Qeyd edək ki, Həbibi Qubadzadə tanınmış müğənni Əflatun Qubadovun oğludur.