"Agah” şirkətlər qrupunda çalışanlar iddia edirlər ki, şirkət 50-yə yaxın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.
Problemlə bağlı "Agah şirkətlər qrupu"na müraciət etdik. Şirkət nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqlədi. Lakin problemin onlardan qaynaqlanmadığı bildirildi.
Şirkət nümayəndəsi həmçinin onu da əlavə etdi ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.










































