AYNA-dan "Bolt"-a xəbərdarlıq: "Qanunsuzdur"

SOSİAL
13:06 15.11.2024
634
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eləcə də bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur. 

Bu barədə AZXEBER.COM-a AYNA-dan məlumat verilib.

Qeyd olunub ki,  AYNA tərəfindən bununla bağlı ciddi tədbirlər görüləcək. 

"Belə hallarla qarşılaşan sərnişinlərdən  AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur".

Xatırladaq ki, noyabrın 13-də redaksiyamıza sərnişinlər müraciət edərək "Bolt" taksi şirkətinin bir gediş haqqını iki dəfə çıxmağa başlaması ilə bağlı məlumat vermişdilər. 

OXŞAR XƏBƏRLƏR