Ayna Əlixana yeni vəzifə verildi

Ayna Əlixana yeni vəzifə verildi
SOSİAL
15:43 23.10.2025
419
"Magen David Women’s” təşkilatının Azərbaycandakı direktoru vəzifəsinə təyinat olub.
 
AZXEBER.COM xəbər verir ki, bu vəzifəyə Ayna Əlixan təyin edilib.
 
Qeyd edək ki, Ayna Əlixanova Vaqif qızı Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə BDU Şərqşünaslıq fakültəsinin ibri dili və ədəbiyyatı bölməsində(filoloq-tərcüməçi) təhsil alıb. 2008-2009cu illərdə isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisası üzrə bitirib. Daha sonra 2008-2011-ci illərdə təhsilini Bakı Slavyan Üniversitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə davam etdirmişdir. Magistratura pilləsini isə 2015-2017-illərdə Maksim Tank adına Belarus Pedaqoji Dövlət Universitetində Fərqlənmə diplomu ilə bitirmişdir.

Bir çox təhsil müəssisələrində eləcə də "Khabad-Or-Avner" yəhudi məktəbində ibri dili fənnini tədris etmişdir.

Bakı Slavyan Unuversitetinin Azərbaycanşünaslıq Elmi Tədqiqat və Folklor Araşdırmalar Mərkəzlərində ,Azərbaycan dili və onun tədrisi metodikosu kafedrasında müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat İnstitutunun doktorantıdır,Azərbaycanda ilk olaraq "Dağ yəhudiləri ədəbiyyatında milli özünəməxsusluqlar və ümumbəşəri istiqamətlər” mövzunda elmi işin müəllifidir.

Qırxdan çox elmi məqalənin, həmçinin "Xocalıya Ədalət" kompaniyası çərçivəsində "XOCALI SOYQIRIMI" kitabının (Azərbaycan dilindən ibri dilinə) İbri dilindən isə " Moşe Smilyanski " həyat və yaradıcılığı adlı kitabını tərcümə etmişdir. Bir çox beynəlxalq elmi konfransların, layihələrin iştirakçısıdır. Müxtəlif sertifikat və bir sıra mükafatların laureatıdır.

Biz inanırıq ki, birlikdə — gücümüz var. Məhz qadın mərhəməti, müdrikliyi və daxili möhkəmliyi ətrafdakı dünyanı dəyişə bilər. Qoy təşkilatımız qarşılıqlı dəstəyin, hörmətin və ilhamın simvoluna çevrilsin — təkcə yəhudi icması üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün.

Bu gün biz gələcəyin möhkəm təməlini qoyuruq — elə bir gələcəyin ki, onunla qızlarımız və nəvələrimiz fəxr edəcəklər. Çünki məhz bu ilk addımdan böyük bir tarix başlanır — qadın həmrəyliyi, yaradıcılıq və nur tarixı.

OXŞAR XƏBƏRLƏR