Aynişan "8 mart"ı belə keçirdi - FOTOLAR

Aynişan "8 mart"ı belə keçirdi - FOTOLAR
MAQAZİN
13:54 09.03.2017
2666
Gənc müğənni Aynişan Quliyeva "8 mart Qadınlar günü" münasibətilə xanım fanatlarıyla görüşüb.
 
AZXEBER.COM-un məlumatına görə, Aynişan qadın fanatlarıyla görüşüb və onlarla səmimi söhbət edib.
 
Aynişan şəxsi həyatından, karyerasından, təhsilindən danışıb. 
 
O qeyd edib ki, ifaçı kimi davam etmək fikri yoxdur: "Müğənnilik mənim hobbimdir, ailəmizdə musiqiçi çoxdur, hər kəsin musiqi təhsili var. Ancaq mən müğənni olmaq fikrində deyiləm, mən daha böyük iddialarım var. Düşünürəm ki. ifaçılığı hobbi kimi davam etdirim".
 
Müğənni görüşdə şəxsi həyatı barədə də danışıb.  O qeyd edib ki, gələcək həyat yoldaşı onu başa düşməli və daim yanında olmalıdır.
 
Görüş fanatlarla səmimi söhbət şəklində davam edib.
 
Aynişan sonda fanatlarına gül və şirniyyat hədiyyə edib.
 
Görüşdən fotoları təqdim edirik:
 

 

 

 

 

 


 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR