Aynişan “O səs Türkiyə”ni tərk etdi - FOTO + VİDEO

Aynişan “O səs Türkiyə”ni tərk etdi - FOTO + VİDEO
ŞOU-BİZNES
11:44 10.01.2016
7471
“Murat Bozla ifamı həyatımın sonuna qədər unutmayam”.
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “İnstagram” səhifəsində “O səs Türkiyə” yarışını tərk etdiyi barədə məluamt verib.
Aynişan bu yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu qeyd edib.
“Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna qədər unutmayacağım bir andır”, - müğənni yazıb.
“Mənim sevdiklərim məni dəstəkləyən bütün insanlar hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmacılarımız var, gəlin onlara hər tərəfli dəstək olaq”,- Aynişan qeyd edib.
Xatırladaq ki, Aynişan müsabiqədə “Gəl, ey səhər” mahnısını ifa edərək münsiflərin dördünü də döndərə bilib. Müğənni Murad Boz səhnəyə çıxaraq həmyerlimizlə eyni mahnını duet şəklində səsləndirib. A.Quliyeva sonda Muradı seçərək yarışmaya onunla davam etmək hüququ qazanmışdı.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR