“Ayntraxt” Bakıdan paylaşım etdi - Video

“Ayntraxt” Bakıdan paylaşım etdi - Video
İDMAN
21:29 21.01.2026
237
Almaniyanın "Ayntraxt” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda "Qarabağ”la keçiriləcək oyun öncəsi sosial şəbəkə hesabında növbəti paylaşım edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Frankfurt təmsilçisi Bakıdan olan görüntüləri "Sending some postcards from Baku” ("Bakıdan açıqçalar göndəririk”) başlığı ilə izləyicilərinə təqdim edib.

Paylaşımda Azərbaycanın üçrəngli bayrağı, eləcə də paytaxtın müasir memarlıq nümunələri ilə yanaşı, tarixi məkanlarının da görüntüləri yer alıb.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək qarşılaşmanı isveçrəli hakim Sandro Şerer idarə edəcək.

OXŞAR XƏBƏRLƏR