Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi
MAQAZİN
11:07 25.10.2025
81
Məşhur menecer Ayşe Barım barəsində verilmiş həbs qərarı ləğv edilib. 

AZXEBER.COM xəbər verir ki, qərar Məhkəmə-Tibbi Ekspertizasının təqdim etdiyi rəyə əsasən çıxarılıb.

Rəydə qeyd olunub ki, Ayşe Barımın səhhəti səbəbindən onun müalicəsinin xəstəxana şəraitində davam etməsi zəruridir və həbsxana şəraitində qalması uyğun hesab edilmir.

Beləliklə, Barımın barəsində olan tutulmaya dair qərar ləğv edilib və o, xəstəxana şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin "inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı "5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhurun adını təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım yanvarın 27-dən etibarən həbsdə idi.

O, 248 gün həbsdə qaldıqdan sonra məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.
 
\Axşam.az
OXŞAR XƏBƏRLƏR