"Geri qayıtmaq həyəcanlıdır. Amma sizinlə bu qorxulu deyil!".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aysel Teymurzadə sisial media hesabında yazıb.
"Avroviziya" təmsilçimiz səhnələrə qayıtdığını bu sözlərlə elan edib:
"Geri qayıtmaq həyəcanlıdır. Amma sizinlə bu qorxulu deyil! Sevginiz üçün təşəkkür edirəm . Mənim o qədər ürəyimə istilik gətirdi ki, bunu hər baxışınızda, mesajlarınızda, alqışlarınızda hiss etdim. Məni dinləyən, gözləyən, inanan və unutmayan hər kəsə minnətdaram. Mənim dönüşüm sadəcə səhnəyə atılan addım deyil. Bu, özümə və sizə atdığım addımdır. Sonsuz təşəkkürlər".
Aysel