Aysel Teymurzadənin evliliyi rəsmiləşdirildi

MAQAZİN
14:43 13.08.2012
9539

Bir neçə ay əvvəl Azərbaycana “Avroviziya-2009” müsabiqəsində 3-cü yeri qazandırmış müğənni Aysel Teymurzadənin nişanlanması haqqında xəbərlər yaymışdı. Ayselin seçiminin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovun olduğu bildirilmişdi.

AZXEBER.COM-un məlumatına görə, artıq iki istedadlı sənətçinin münasibətlərini rəsmiləşdirilib. Onlar bir müddət əvvəl rəsmi nikaha daxil olublar. Onlarla bağlı daha maraqlı xəbər isə Ayselin nikahdan öncə hamilə olması ilə bağlıdır. Elə Ayselin tədbirlərdə iştirak etməməsinin səbəbi də bununla bağlıdır. Məlumatlara görə, Murad Adıgözəlov Ayselin qarşısında müğənniliyi buraxmaqla bağlı şərt də qoyub.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.

OXŞAR XƏBƏRLƏR