2013-cü ildə Azərbaycan ilk dəfə beynəlxalq “Kainat gözəli” müsabiqəsində təmsil olunacaq. “Kainat gözəli – 2013” müsabiqəsində Azərbaycanı “Miss Azərbaycan – 2012” titulunun sahibi Aysel Manafova təmsil edəcək.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan gözəli müsabiqədə və müsabiqənin promo-aksiyalarında iştirak etmək üçün oktyabrın 23-də Moskvaya yollanıb.Fəal Instagram istifadəçisi olan A.Manafova şəbəkədə “Kainat gözəli - 2013” müsabiqəsinə hazırlıq zamanı çəkdirdiyi yeni açıq-saçıq şəkillərini paylaşıb.Müsabiqə Moskvanın “Crocus City Hall” konsert zalında keçiriləcək. Müsabiqənin təşkilatçıları Emin və Araz Ağalarovlardı. “Kainat gözəli - 2013” iki mərhələdə - noyabrın 5-də (yarımfinal) və noyabrın 9-da (final) keçiriləcək. Yarımfinalda 90 qız iştirak edəcək və onlardan yalnız 16 nəfəri finala keçəcək. Qalib pul mükafatı və 250 min dollar həcmində hədiyyələr, həmçinin Nyu-Yorkda 1 il müddətinə icarə ev əldə edəcəklər.