Aysun: "Böyük burnunuzu başqasının işinə soxmayın"

Aysun: "Böyük burnunuzu başqasının işinə soxmayın"
MAQAZİN
19:48 24.02.2024
275
Aysun İsmayılova sosial media hesabında həyat yoldaşı ilə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, müğənni  həyat yoldaşının üzünü göstərməməsinin səbəbini açıqlayıb.

"Ona görə göstərmirəm ki, o boş bekar insan deyil. Bu mənim şəxsi həyatımdır. Evləndiyimizi də 2 ay sonra məcbur qaldım açıqladım çünki çox soruşurdunuz. Uzun burnunuzu başqasının həyatına soxmayın, başınızı özünüzə qatın. Niyə sizə bu qədər maraqlıdır başqasının şəxsi həyatı, əri, uşağı? Allah başınızı özünüzə qatsın".

Daha sonra sənətçi bahalı üzüyünü reklam etməsi ilə bağlı yayılan dedi-qodulara cavab verib:

"Bu mənim evlilik üzüyümdür, hər zaman da barmağımda olacaq. Yatanda, duranda, geyimimə aid olmasa belə, barmağımdadır. Mən sizdən ötəri üzüyümü çıxartmalıyam?" - deyə Aysun bildirib.

Aysel
OXŞAR XƏBƏRLƏR