dərdlərimlə yanaşı qoyulası,
o yüksəklikdə zirvə varsa əgər.
Gözlərim gözəldi,deyirlər,
kədərli baxışlarımla.
Bəxt güzgümün
qarşısına gətirin məni.
Son dəfə özünə baxıb,
gözəllikdən doysun gözlərim.
Küləklər uçurtsun saçımı
sığalına həsrət qalan
əllərinə sarı
sevdiyimin.
Ürəyimi dalğalara bağışlayın.
Ürəyimi duyan
tək dostumdur deniz.
Səsim
İskəndərin sirri kimi ensin
sorrsaxlamaz quyulara
və yayılsın ellərə,
"AZƏRBAYCAN !"deyərək.
Ruhum çıxıb azadlığa,
AYTƏN TƏHMASİB