Aytac Vidadiqızı: “Məni görəndə çoxu pul görür” - VİDEO

MAQAZİN
12:35 04.05.2015
5942
Aytac Vidadiqızı mahnılarının çoxunun həm söz, həm də musiqi müəllifidir. "Sevirəm" adlı mahnısının isə yalnız sözləri ifaçının özünə məxsusdur. Eşqdən bəhs edən sözləri yazmaq üçün ilham pərisi ifaçıya gecəyarı gəlib. Bu haqda Aytac Vidadiqızı Milli.Az-a özü açıqlama verib.“Gecə idi... Xəyallara dalmışdım... Birdən içimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim. Mən özüm həm bəstəkar, həm də söz yazarıyam. Bu mahnımdakı sözlər içimdən gələn hisslərdən ibarətdir. Mahnımı dinləyən mənim hisslərimdən xəbərdar olacaq. İnanıram ki, hər dinləyici bu mahnımda məni görə biləcək”.Milli.Az-a açıqlamasında müğənni sentimental mahnısına pul tapa biləcəyi halda klip çəkdirəcəyini də gizlətmədi."Hər kəsi varlı müğənni adlandırırlar. Məni görəndə çoxu pul görür. Amma bu belə deyil. Əgər pul tapsam, bu mahnıma da klip çəkdirəcəyəm. Pullarımın çoxunu ötən ay təqdim etdiyim “Bezdim, gəlmə” adlı klipimin çəkilişinə xərclədim. Bilirsiniz ki, klipin ekran işi Gürcüstanda həyata keçdi. Bu səbəbdən hələ ki, "Sevirəm" adlı mahnımın klip çəkilişinin olub-olmaması maddiyyata bağlıdır".Qeyd edək ki, Aytac Vidadiqızının “Sevirəm” mahnısının ilk dinləyiciləri məhz media işçiləri olublar. Jurnalistləri özünün dostu adlandıram müğənni ötən ay "Bezdim, gəlmə" klipinin təqdimat mərasimində yeni mahnısını da yalnız jurnalistlərə təqdim etmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
23:56 26.02.2025
ABŞ və Rusiya İstanbulda görüşür: "Ukrayna müzakirə olunmayacaq" – Dövlət Departamenti
23:54 26.02.2025
Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı
23:52 26.02.2025
HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək
23:48 26.02.2025
Zelenski Ukrayna Ordusu Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib
23:41 26.02.2025
"Beş dəqiqə içində anam canını tapşırdı" - İlkin hadisədən danışdı
23:27 26.02.2025
Bakıda valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ: Dəhşətli hadisənin TƏFƏRRÜATI
22:59 26.02.2025
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub
22:53 26.02.2025
Tramp: Ukrayna artıq NATO-ya üzvlüyü yaddan çıxara bilər
22:50 26.02.2025
Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir?
22:18 26.02.2025
Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT
22:16 26.02.2025
Məşhur aktrisa 39 yaşında vəfat etdi
22:11 26.02.2025
Tramp: ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsini dayandırmaqdır
22:05 26.02.2025
Tramp açıqladı: Zelenski cümə günü ABŞ-yə gələcək
21:56 26.02.2025
BOK prezidenti istefa verdi
21:47 26.02.2025
Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb
21:38 26.02.2025
Bakının bu yollarında sürət həddi endirildi