Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO

Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
MAQAZİN
17:12 26.08.2025
939
Tanınmış teleaparıcı Aytəkin Mərdanovanın oğlu universitetə qəbul olub.
 
AZXEBER.COM xəbər verir ki, tələbə anası olan aparıcı sevincini bölüşüb:
 
"Ailəm üçün çox önəmli və xoş bir xəbəri sizinlə paylaşmaq istəyirəm. Çox şükürlər olsun ki, həyəcanla gözlədiyimiz cavabı aldıq. Oğlum Fərid 100% nəticə ilə arzuladığı ali təhsil müəssisəsinə - Avropanın sayılıb-seçilən təhsil ocaqlarından birinə - Budapeşt Korvinus Universitetinin "Data science in business" fakültəsinə qəbul oldu. Sevincimin həddi-hüdudu yoxdur, çünki bu uğurun arxasında oğlumun yuxusuz gecələri və sonsuz çalışqanlığı dayanır. 

Valideyn üçün bundan böyük qürur yoxdur. Allah kimsənin əziyyətini yerdə qoymasın".

Aparıcı övladına dəstək olan və təbrik edən hər kəsə təşəkkür edib: 

"Məni bu gün təbrik edən hər kəsə, xüsusi ilə də ailəm üçün çox sevincli və əlamətdar olan bu hadisəyə özəl diqqətini göstərən Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşova sonsuz minnətdarlığımı bildirirəm. Tələbə adını qazanan bütün gənclərə zehin açıqlığı və həyatlarında açılan yeni səhifəyə uğurlu hekayələr yazmağı arzu edirəm".
 

 

 

 


OXŞAR XƏBƏRLƏR