Tanınmış jurnalist, deputatlığa namizəd Aytən Piriyevanın seçkiqabağı təbliğat və təşviqat kampaniyası uğurla başladı.
AZXEBER.COM xəbər verir ki, bu gün o, Ağsunun Daşdəmirbəyli və Ərəbuşağı kəndlərinin sakinlərilə ilə görüşdü. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Aytən Piriyeva yeganə namizəddir ki, tək kişilər yox, həm də qadınlar, ağbirçəklər, gəlinlər və uşaqlar da onunla görüşə tələsirlər.
Aytən xanımın daha bir görüşü Ağalarbəyli kəndinə planlaşdırılmışdı, lakin kənddə qəflətən hüzür düşməsi səbəbindən o, xalqımızın adətinə, yas yiyələrinə hörmət əlaməti olaraq, bu kəndin camaatı ilə görüşü başqa vaxta təyin etmək qərarına gəlib.
Bu güm Aytən Piriyeva sosial şəbəkədə bu sözləri qeyd edib: "Salam, əzizlərimiz. Bu gün biz Ağsunun Daşdəmirbəyli kəndində olduq. Bazar günü olmasına baxmayaraq, nə qədər insan bizi gözləyirdi. Kənd camaatı ilə çox məhsuldar bir görüşümüz oldu. "Sən həmişə sözünü deyən, sadə camaata yaxın olan birisən, səni Ağsuda hamı tanıyır, sənə çox inanırıq" deməkləri mənə nə boyda güc verdi. Anladım ki, 25 il jurnalist kimi tutduğum əsas kurs mənə bu gün bu cür insanların İNAMını qazandırıb.
Daha sonra isə Aytən Piriyevanın seçki qərargahının komandası Ağsuda Şəhidlər Xiyabanını ziyarət edərək, 20 Yanvar qurbanlarını, bütün şəhidlərin əziz xatirəsini anaraq, abidə önünə gül çələngləri qoyublar.