Aytən Səfərova ilk dəfə qəzadan danışdı: "Görüntüləri mənə vermirlər" - VİDEO

Aytən Səfərova ilk dəfə qəzadan danışdı: "Görüntüləri mənə vermirlər" - VİDEO
MAQAZİN
15:52 14.05.2024
500
Bir müddət öncə avtomobil qəzasına düşən aparıcı Aytən Səfərova ilk dəfə bu haqda açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, sosial media hesabında hadisənin baş verdiyi gündən danışan aparıcı, qəzada ölən Ayxanın ailəsinə səbr diləyib.
 
"Mənim tanımadığım, amma mənə xoş sözlər yazan insanlar, hər birinizə təşəkkür edirəm. Tanrı sizləri xəta-bəladan qorusun. Bu qəzadır və hər kəsin başına gələ bilər. Heç kəs bundan sığortalanmayıb. Allaha şükür sağ-salamatam. Amma düşdüyüm qəzada rəhmətə gedən Ayxanın məkanı cənnət olsun. Ayxanın timsalında biz dost ailə qazandıq. Deyirlər ki, Aytən məşhurdu deyə görüntülər ört-basdır edilib, günah məndədir. Amma bilin ki, bu sakitçilikdən mənim də xoşum gəlmir. Görüntləri özüm də görmüşəm, bilin ki, mənim günahım yoxdur. Yaşıl işıq yanıb sönməyə başlayanda sürətim 60-65 idi. Qarşıma çıxan maşın isə sürətli idi və qırmızıda dönürdü. Bunlar görüntülərdə də var amma mən o görüntüləri əldə edə bilmirəm, vermirlər. Niyə? Məqsəd nədir bilmiriik. Axı bu dövlət sirri deyil. Niyə kadrlar ictimailəşmir? Mənə niyə verilmir? Vaxt getdikcə hiss edirəm ki, yaxşı qoxu gəlmir. İfunətin qarşısını almaq istəyirəm. Haqqımdı kadrı əldə etmək. Korrupsiya ilə mübarizə aparan dövlətdə yaşayırıq. Ölkə başçısı deyir ki, vətəndaşın hüququ qorunmalıdır. Mənim haqqım kadrları görməkdir deyə aparıcı qeyd edib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR