Aytən Səfərova “Xəzər TV”dən ayrılıb? - AÇIQLAMA

Aytən Səfərova “Xəzər TV”dən ayrılıb? - AÇIQLAMA
MAQAZİN
12:53 23.07.2024
438
"Mən işdən azad olunmamışam. Bütün həmkarlarım kimi işdən sonra asudə vaxtım olduğunda fərdi olaraq tələbə hazırlayacağam".
 
Bu sözləri tanınmış teleaparıcı Aytən Səfərova AZXEBER.COM-a açıqlamasında çalışdığı "Xəzər” telekanalından ayrılaraq fərdi şəkildə tələbə hazırlaması ilə bağlı çıxan xəbərlərə münasibət bildirərkən deyib.
 
O, hələ də rəsmi olaraq televiziyada çalışdığını bildirib:
 
"Bu xəbərləri kim dərc edir bilmirəm amma onu deyə bilərəm ki, hamısı yalandır. Mən hazırda doğma "Xəzər” telekanalında verilişimin şef redaktoru olaraq çalışıram. Tələbələrə verəcəyim dərs isə təbii ki, bütün həmkarlarımın etdiyi kimi, işdən sonra asudə vaxtılarda olacaq. Mən onlara doğru tələffüz, danışıq və diksiya dərsi verəcəyəm, bu doğrudur. İşdən çıxmağım doğru xəbər deyil".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR