Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu - AFFA prezidenti ilə görüşdü

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu - AFFA prezidenti ilə görüşdü
İDMAN
12:43 30.09.2025
257
Bu gün AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

AZXEBER.COM milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyundakı (1:1) çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, Ayxan Abbasov milli komandada baş məşqçi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşu əvəzləyib.
OXŞAR XƏBƏRLƏR