“Ayxan Abbasovun baş məşqçi təyin olunması doğru addımdır” - Tanınmış şərhçi

“Ayxan Abbasovun baş məşqçi təyin olunması doğru addımdır” - Tanınmış şərhçi
İDMAN
17:20 30.09.2025
192
Xəbər verdiyimiz kimi, Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olunub. 

Futbol şərhçisi Ramiz Mirzəzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ayxan Abbasovun milli komandanın baş məşqçi postuna təyin olunması çox uğurlu addımdır:

"Mənim üçün yerli baş məşqçinin təyinatı həm gözlənilən oldu, həm də ürəyimcədir. Ümumiyyətlə, Azərbaycan milli komandasında əksər həmkarlarım kimi mən də yerli baş məşqçinin işləməsini məqbul sayıram. Çünki futbolçularımız daha çox daxili çempionatda çıxış edirlər və Avropanın müxtəlif çempionatlarında oynayan bir millimiz yoxdur. Mənə elə gəlir ki, futbolçular üçün yerli baş məşqçi daha məqsədəuyğundur”.

Ekspert deyib ki, Ayxan Abbasov ölkəmizi illərdir Avropada uğurla təmsil edən bir komandanın baş məşqçisidir:

"Əgər o Azərbaycanı qısa müddətdə uğura aparmağı bacarırsa, milli komandamızda arzuladığımız futbolu göstərməyə də başlaya bilər.
Düzdür, nəticə qazanmaq üçün hələ erkəndir. Amma Ukraynaya qarşı görüşdə göstərildi ki, futbolçular sona qədər mübarizə apararaq Azərbaycan millisinin oyunçusu olduqlarını nümayiş etdirirlər. Sadəcə oynamaq və mübarizə aparmaq lazımdır. Ayxan müəllimə və milli komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR