Ayxan Hacızadə Fransalı nazirə cavab verdi

Ayxan Hacızadə Fransalı nazirə cavab verdi
SİYASƏT
22:48 02.04.2024
364
2 aprel 2024-cü il tarixində Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir.

Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik.

Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi - FOTO
15:52 22.05.2025
İsrailin Bakıdakı səfirliyində bayraq yarıya endirildi - FOTO
Aysunun keçmiş əri yenidən evlənir - 16 yaş kiçik qızla
15:45 22.05.2025
Aysunun keçmiş əri yenidən evlənir - 16 yaş kiçik qızla
"Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir"
15:45 22.05.2025
"Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir"
Prezidentin təltif etdiyi Tələt Məcidov kimdir? – Keçmiş başçı, şöbə müdiri… (DOSYE)
15:43 22.05.2025
Prezidentin təltif etdiyi Tələt Məcidov kimdir? – Keçmiş başçı, şöbə müdiri… (DOSYE)
Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
15:35 22.05.2025
Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
Sumqayıtda hadisə: Qadın sürücü qazla əyləcin yerini səhv saldı, marketə girdi - VİDEO
15:14 22.05.2025
Sumqayıtda hadisə: Qadın sürücü qazla əyləcin yerini səhv saldı, marketə girdi - VİDEO
"3 gün diqqətli olun"- Astroloqdan AÇIQLAMA
15:06 22.05.2025
"3 gün diqqətli olun"- Astroloqdan AÇIQLAMA
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı
14:59 22.05.2025
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
14:57 22.05.2025
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Prezident onları təltif etdi - SƏRƏNCAM
14:54 22.05.2025
Prezident onları təltif etdi - SƏRƏNCAM
Taksi sürücüləri üçün imtahan tarixi məlum oldu
14:50 22.05.2025
Taksi sürücüləri üçün imtahan tarixi məlum oldu
Qadın müəllim başçı müavini oldu - Foto
14:47 22.05.2025
Qadın müəllim başçı müavini oldu - Foto
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:37 22.05.2025
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
14:36 22.05.2025
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
İrem Derici hava limanında rəqsi ilə diqqət çəkdi
14:35 22.05.2025
İrem Derici hava limanında rəqsi ilə diqqət çəkdi
Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər
14:24 22.05.2025
Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər