Ayxan Hacızadə: İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur

Ayxan Hacızadə: İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Siyasət
12:34 28.06.2025
481
"İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik".

APA xəbər verir ki, bu sözləri Azərbyacan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını şərh edərkən deyib.

O bildirib ki, səfir tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq niyyətini təhrif etdiyi üçün təəccüb və qəzəb doğurur.

"Əgər səfir İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən "İndiki Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan əlavə, qətnamə digər məsələlər yanaşı, Ermənistanın İcmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır.
 
Səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil olunmuş İran İslam Respublikasının mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir.

Səfirin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək", - o deyib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ci işlər naziri Ceyhun Bayramov və Qazaxıstan baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzaki', 'keywords' => 'Azərbaycan, olunub, naziri, xarici, işlər, müzakirə, arasında, əməkdaşlığın, Qazaxıstan, əldə, zamanı, Qazaxıstanın, inkişafına, olduqları, regional, səfərlərin, vurğulayıblar, etdiyini, xidmət, tutan', ), ), ); ?>
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
13:58 14.08.2025
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
13:54 14.08.2025
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
13:47 14.08.2025
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
13:32 14.08.2025
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
Tramp və Putin sabah görüşəcək
13:32 14.08.2025
Tramp və Putin sabah görüşəcək
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
13:31 14.08.2025
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
13:30 14.08.2025
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
13:28 14.08.2025
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
13:23 14.08.2025
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
13:18 14.08.2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
12:59 14.08.2025
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
Hollandiyada hava şarı qəzası: Ölən var
12:56 14.08.2025
Hollandiyada hava şarı qəzası: Ölən var
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
12:50 14.08.2025
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
12:49 14.08.2025
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
12:48 14.08.2025
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir
12:41 14.08.2025
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir