"Az qol vurmağımız məni narahat edir" - Qurban Qurbanov

"Az qol vurmağımız məni narahat edir" - Qurban Qurbanov
İDMAN
21:49 31.07.2018
4420
"Sabah çox vacib oyuna çıxacağıq. Səfərdə qolsuz bərabərlik olsa da, evdə qol buraxmamaq meydan sahibi üçün pis nəticə deyil".

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah "Kukesi"ni qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfansında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Belə turnirlərdə buraxılan hər qol oyunun nəticəsini həll edə bilər. Həddən artıq ehtiyatlı oynamalıyıq. Sabah bəzən səbrli olmaq, bəzən tələsmək lazım olacaq. Bunu da oyunun gedişində hiss etməli və hər epizodda düzgün qərar verməyə çalışmalıyıq. Futbolçuların hamısı hazırdı. Rəqibin də açıqlamalarından görünür ki, çox iddialıdılar. Sabah sərfəli nəticə əldə etməyə çalışacağıq".

- "Kukesi" barədə istədiyiniz bütün məlumatı əldə edə bilmisiz?

- Bəli, artıq rəqibi tam yaxından tanıyırıq. İlk matçda fərqli üslubda oynadılar. Sabah da ciddi bir dəyişiklik gözləmirəm. Bununla belə, ola biləcək dəyişikliklərə hazır olmalıyıq.

- Rəqibin oyunçuları sizi tərifləyir. Bu, aldadıcı manevr ola bilərmi?

- Əlbəttə, ola bilər. Amma bizim oyunçularımız təcrübəlidi. Oyuna necə hazırlaşmaq lazım olduğunu hər gün izah edirik. Rəqibin açıqlaması bizim oyunumuza yaxşı və ya pis təsir etməməlidi. Onların fikirləri bizə "siqnal" verir. Lazım olsa, bunu məşqçilərlə öz aramızda müzakirə etməliyik.

- Delarj və Emeqara sabah start heyətində yer ala bilərmi?

- Hər ikisi hazırda bizim istədiyimiz formada deyil, ancaq onlardan birinin start heyətində oynamaq ehtimalı var. Buna sabah qərar verəcəyik.

- İlk matçda rəqib "avtobus" qurmuşdu, amma uzaqdan zərbələr görmədik. Bu dəfə də belə olacaq?

- "Avtobus qurmaq" ifadəsi son vaxtlar dəb halını alıb. Ümumilikdə, rəqibə görə oyun qurulur. Komandalar artıq hər şeyi nəzərə alırlar. Sabah biz qol vurmağı düşünməliyik. Bu, uzaqdan zərbə ilə, küncdən zərbə və ya oyun epizodu nəticəsində ola bilər. Bunun üçün çox axtarışda olacağıq. Amma qol buraxmamaq barədə də düşünməliyik. Arxa xətdə səhvlərə yol verə bilərik. Ona görə də, müdafiəni düzgün qurmaq lazımdı.

- Qol vurmaq istəyiniz alınmır. 3 oyunda 1 qol vurmağınız sizi narahat etmir?

- Sizcə, etmir? Bunun üçün addımlar atırıq. Bu amil məni narahat edir. Ümumiyyətlə, belə turnirlərdə qol sayı az olur. Ancaq yenə də qol vurmaq haqda daha çox düşünürük.

- İlk oyun göstərdi ki, "Qarabağ" ustalıq baxımından üstündü. Yəqin ki, rəqib səfərdə də qapanacaq. Baş məşqçiləri penaltilər seriyasına hazırlıqdan danışır. Siz necə, 120 dəqiqəlik mübarizə istəmirsiz?

- Əlbəttə ki, 90 dəqiqədən sonra nəticənin lehimizə olmasını istərdim. Ola bilər ki, o, futbolçularını psixoloji cəhətdən bu formada hazırlayır. Biz buna da hazır olmalıyıq. Çünki sabah cütün taleyi həll olunmalıdı. Düşünürəm ki, istədiyimiz oyunu qurmaq üçün təccrübəmiz yetərli olacaq.

- Abdullah Zubir sabahkı matça hazırdı?

- Komanda ilə birlikdə 3 məşqdə iştirak edib. Oynamaq ehtimalı var. Səhər məşqindən sonra qərarımızı verəcəyik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir