Azərbaycan şou-biznesində iki küsülü müğənni yeni bir lahiyə həyata keçirəcək

ŞOU-BİZNES
11:20 23.12.2010
2216

Uzun illər küsülü olub, bir-birinin ünvanına sərt ittihamlar işlədən müğənnilər Aygün Kazımova və Röya Ayxan son vaxtlar münasibətlərində sülh yaratdıqlarını bəyan ediblər. Lakin onların münaisbətindəki istilik bugünkü qədər deyildi. Murad Dadaşovun «Maşın» şousununa qatılmış A.Kazımova və Röya indi daha mehribandırlar və hətta onlar bu mehribanlığı yaradıcılığında da göstərəcəklər. 

Milli.Az xəbər portalının məlumatına görə, illərin küsülüləri indi işbirliyinə də başlayacaqlar, belə ki, onları birgə mahnı oxuyacaqlar.

Onu da xatırladaq ki, Aygün xanım bu dəfə "Maşın-şou" layihəsinə Röya ilə münasibətləri daha da yaxınlaşdırmaq, daha doğrusu, barışığı möhkəmlətməka üçün qatıldığını da söyləyib.

Yaradıcılığa gəlincə, A.Kazımova Röyanın həmin oyunu tərk etməsini gözləyir. Çünki oyun bitər-bitməz, tezliklə onların duet mahnıları yazılasıdır. Mahnı onların dostluq münasibətlərindən bəhs edəcək. 

Aygün Kazımovadan öyrəndik ki, "Biz mahnılardayıq" bəstəsinin sözləri sözləri Rəna Mirzəyevaya, musiqisi isə Nailə Mirməmmədliyə məxsusdur.//milli.az

 

OXŞAR XƏBƏRLƏR