Azərbaycan Litva İqtisadi və Energetika Əməkdaşlığına dair...

KÖŞƏ
13:44 08.03.2011
2050

Bütün bunların nəticəsində Azərbaycan  Litva kapitalının ölkəyə yönəldilməsində maraqlıdır.  Bu barədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov da, məlumat verdi.  O qeyd etmişdi ki, Azərbaycanda Litva kapitalının ölkəyə daxil olması üçün gözəl imkanlar vardır. Vitse-spikerin sözlərinə görə, hazırda Azərbaycanla Litva arasında kənd təsərrüfatı, enerji, turizm, humanitar sahələrdə yaxşı əlaqələr mövcuddur. Hər iki ölkənin hökumətləri əməkdaşlığın inkişafı üçün lazım olan addımları atır. Valeh Ələsgərovun sözlərinə görə, Azərbaycan və Litva arasındakı əlaqələr qədim tarixə malikdir. Hər iki xalq yarım əsr bir dövlətin tərkibində olubdur. Dövlətlər müstəqillik əldə etdikdən sonra münasibətlər yeni mərhələyə qədəm qoydu. İki ölkə arasında indiyədək imzalanmış sənədlər əməkdaşlığın inkişafı üçün yaxşı baza yaradıbdır. Gələcəkdə də iki ölkə arasındakı əməkdaşlığı irəli aparmaq üçün yeni sənədlər imzalanacaqdır.

Litvanın Azərbaycanla enerji sahəsində əməkdaşlığı həm iki dövlət üçün, həm də, region üçün müəyyən əhəmiyyəti var. Azərbaycan Avropanı enerji mənbələri ilə təchiz edilməsinin şaxələndirilməsinə zəmanət verir. Bunun üçün Azərbaycan enerjinin daşınması üçün, nəqliyyat infrastrukturunu inkişaf etdirib. Litva Azərbaycanın yaxından iştirakı ilə özünün enerji təhlükəsizliyi konsepsiyasını inkişaf etdirmək niyyətindədir. Enerji sahəsində əməkdaşlığa dair 14 noyabr 2008-ci ildə Litvanın keçmiş prezidenti Valdas Adamkus  Enerji Sammitində iştirak etmək üçün Bakıya səfər etdi. Prezident müsahibələrinin birində bildrdi ki, Azərbaycanla münasibətlərin dərinləşdirilməsi yalnız Litva üçün yox, bütün Avropa İttifaqı üçün Qafqaz və Mərkəzi Asiyada prioritetlərdən biri olmalıdır. Onun sözlərinə görə Azərbaycan Aİ-nın enerji təchizatının diversifikasiyası üzrə yardımında vacib rol oynayır. Azərbaycan regionda yeni enerji layihələrinin uğurlu realizəsi üçün əsas oyunçudur. Prezident bildirdi ki, Azərbaycan neftinin Odessa-Brodi-Qdansk layihəsi reallaşdıqdan sonra Polşaya çatdırılmasında maraqlıdır. Buradan isə neft Litvadakı  “Majeykyu Nafta” NEZ-ə gətiriləcək, o isə öz növbəsində qonşu bazarlara neft məhsulları tədarük edəcək. Litva “Odessa-Brodı-Plotsk-Qdansk” neft kəmərinin inkişafı ilə məşğul olan Sarmatia şirkətinin iştirakçısıdır. Azərbaycandan Polşa və Litvaya qədər çox ölkələri əhatə edir - və məhz buna görə də, bütün bu dövlətlərin siyasi iradəsi lazımdır. Litva tərəfi  ümid edir ki, layihə davam etdiriləcək.

Litva Azərbaycandan enerji resursları təchizatı mənbələrinin diversifikasiyası yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi layihələrinə maraq göstərir. Səfir, səfərin gedişində iki ölkənin ticarət - iqtisadi əməkdaşlığının daha vacib məsələlərinin, beynəlxalq, regional, iqtisadi, nəqliyyat layihələrinin, energetik əməkdaşlığın müzakirə edilməsinin planlaşdırıldığını bildirib. «Litva Azərbaycana proqram təminatı, elektronika, korporasiyaların idarəetmə sistemi sahələrində əməkdaşlıq təklif edə bilər» deyə bildirib.

8 fevral 2011-ci ildə Litva Seyminin sədri xanım İrena Dyaqutene Azərbaycana rəsmi səfərı çərçivəsində enerji sahəsində də, əməkdaşığa dair müzakirələr aparmışdı. Belə ki, Litva qaz probleminin həll olunmasında Azərbaycanın köməyinə ümid edir. Litva Seyminin sədri İrina Diaqutene öz nitqində mövcud vəziyyətlə bağlı bir sıra fikirlər bildirmişdi: "Azərbaycanın bu sahədə artıq Gürcüstana yardım etdiyini nəzərə alaraq, bizimlə də əməkdaşlıq edəcəyinə ümid edirik və səfərim çərçivəsində bu məsələ də müzakirə olunub".

Qafqaz Universiteti, Düşüncə Təşkilatı, Fərid Əliyev

 

OXŞAR XƏBƏRLƏR