15:51 şənbə, 24 Avqust 2019
KÖŞƏ

Azərbaycan Litva arasında iqtisadi əlaqələrin inkişafı

14:00, 08.03.20111747
Azərbaycan Litva arasında iqtisadi əlaqələrin inkişafı

İkinci biznes forum isə 13 sentyabr 2007-ci ildə Litvada keçirildi. Biznes forumda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə birlikdə Litva Respublikasının prezidenti Valdas Adamkus da iştirak etdi. Forumda Azərbaycan tərəfindən 50-yə yaxın şirkəti Litvanın isə 100-ə yaxın şirkəti iştirak edirdi. Litva əsasən Azərbaycana mebel, yeyinti və toxuculuq sənayesinin məhsullarını satmaqda maraqlı olduğunu bildirdi. Azərbaycan isə öz növbəsində Litvaya neft və neft məhsullarını satmaqda maraqlı olduğunu bildirdi. Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Naziri Heydər Babayev Azərbaycan və Litva arasında olan iqtisadi əməkdaşlıq barəsində söhbət açmışdı. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Prezidenti Emil Məcidov isə investisiya abuhavasından və ticarət perspektivləri barəsində danışmışdı.

Üçüncü biznes forum isə 22 Aprel 2008-ci ildə Bakıda keçirilmişdi. Azərbaycan-Litva iqtisadi münasibətlərindən danışan Heydər Babayev ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 17 milyon dollar artdığını qeyd edərək qeyd eymişdi ki, həmin göstəricilər 2006-cı illə müqayisədə üç dəfə çox olsa da, iki ölkənin potensialına uyğun gəlmir. Nazir bildirmişdi ki, Litva Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında etibarlı vəsilə olacaqdır. Litvanın Baş naziri Gediminas Kirkilas isə öz növbəsində, son vaxtlar sürətlə inkişaf edən Azərbaycan-Litva əlaqələri bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişlənəcəyinə və əmtəə dövriyyəsinin artacağına ümidvar olduğunu bildirdi. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanı qısa müddətdə regionun lider dövlətinə çevirmiş neft strategiyasının hazırlanması və həyata keçirilməsi ilə bağlı uzaqgörən siyasətini yüksək qiymətləndirdi. Baş nazir G.Kirkilas son illər Litva və Azərbaycan bir çox beynəlxalq məsələlərə münasibətdə vahid mövqedən çıxış edirlər.

Dördüncü Azərbaycan Litva biznes forumu isə 7 Aprel 2009-cu ildə Azərbaycan – Litva biznes forumu keçirildi. Litva tərəfdən Forumda dövlət rəsmiləri ilə yanaşı 20-yə yaxın şirkətin rəhbərləri və nümayəndələrinin iştirak etmişdi. Litvanın iş adamları əsasən kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat, mühəndislik, inşaat materialları və sair sektorları təmsil etmişdilər. Tədbir zamanı Azərbaycan və Litva iş adamları arasında ikitərəfli görüşlərinin keçirildi.

Sonuncu biznes forum isə 2011-ci ildə Litva Respublikasının Seyminin sədri xanım İrena Dyaqutenin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Litva tərəfdən kənd təsərrüfatı, qida sənayesi, energetika, telekommunikasiya, tikinti, təhsil və s. sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak edib. Azərbaycan tərəfi isə biznes forumda analoji sahələrdə fəaliyyət göstərən 60-a yaxın iş adamı ilə təmsil olunmuşdu. Oqtay Əsədov iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə inkişaf etməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir: “Azərbaycan və Litva arasında qeyri-neft sektorunu inkişaf etdirmək üçün böyük imkanlar mövcuddur. Əminəm ki, biznes-forumda aparılan müzakirələr gələcəkdə iki ölkə arasında birgə müəssisələrin yaradılmasına, qarşılıqlı investisiya yatırımına, ticarət dövriyyəsinin artmasına və iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradacaq”. Azərbaycanın iqtisadi uğurlarından danışan spiker ölkəmizin regionda lider mövqedə olduğunu bildirib: “Son 10 il ərzində ölkənin dövlət büdcəsi 15 dəfəyə qədər artıb, valyuta ehtiyatları 30 mlrd. dollara çatıb”. Xanım İrena Dyaqutene bu biznes-forumun Azərbaycanda Litva biznesinin inkişafına kömək edəcəyinə ümidini ifadə edib. “Hələ 2008-ci ildə Azərbaycanla Litva Cənubi Qafqazda ciddi tərəfdaş olublar. Bunun nəticəsi 2009-cu ilin sentyabrında Azərbaycanda Litva Ticarət Evinin açılması oldu”, – Dyaqutene qeyd etmişdir. Onun sözlərinə görə, sürətli iqtisadi inkişafa malik ölkə kimi Azərbaycanla əməkdaşlıq Litva hökumətini sevindirir: “Biznes-forum iki ölkə arasında mövcud əlaqələri dərinləşdirəcək, Litva biznesinin Azərbaycanda genişlənməsinə imkan yaradacaq. Son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 30% artıb, lakin bu göstəricini artırmaq üçün geniş imkanlar var”. Spiker ölkəmzin informasiya texnologiyaları, ətraf mühitin qorunması və qida sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu bildirərək bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirdi.

Biznes-forumda Litvanı tikinti, İKT, tekstil, tibb, kənd təsərrüfatı, energetika və təhsil sahələrində çalışan şirkətlər və qurumlar təmsil olunurdular.

Biznes forumda AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf şirkətin iştirakı ilə həyata keçirilən layihələr, Litva Xarici İşlər Nazirliyinin nümayəndəsi Regimantas Yablonskas isə ölkəsinin biznes imkanları barədə təqdimatlarla çıxış etmişdi.

Qafqaz Universiteti Düşüncə Təşkilatının  Elvin Süleymanov

 

XƏBƏR LENTİ