Ukraynada idman güləşi Assosiasiyasının prezidenti Elbrus Tedeyev yerli mətbuata müsahibəsində Azərbaycan haqda da danışıb. Əsas mövzu isə Ukrayna idmanının və güləşinin bugünkü durumu olub: “Yaddan çıxarmayın ki, ölkəmizdə bəzi olimpiya və qeyri-olimpiya idman növlərinin hələ də prezidenti yoxdu. İnsanlar uşaqlara və idmana pul xərcləmək istəmirlər. Dövlətimiz yüksək hədəflərə nail olmaq üçün bizə lazımi qədər diqqət ayıra bilmir.
Bu amilləri nəzərə aldıqda istərdik ki, siz də bizə anlayışla yaxınlaşasız. Bəllidi ki, həmişə ən yaxşısı arzulanır və ilk baxılacaq istiqamət Rusiya olur. Ancaq bu cəhətdən qiymətləndirsək, onda Azərbaycanda da maksimal tərəqqi var. Bizim nəticələrimizi onlarla müqayisə etmək doğru deyil. Çünki, Azərbaycan, Dağıstan, Osetiya və digər Qafqaz ölkələrində millət vəkillərinin yarısı güləşçilərdi. Rusiya Dövlət Dumasında 11 olimpiya çempionu, federasiyanın icraiyyə komitəsində 20-yə yaxın güləşlə məşğul olmuş və ya bu idman növündə yüksək nəticələr qazanmış məmurlar yer alır. Onların hər birinin möhtəşəm biznesi var”.
mənbə: Rekord.az