Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi
07:16 12.08.2011
1630
Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov məlumat verib. 

Onun sözlərinə görə, bolqarıstanlı mütəxəssis öz xahişi ilə postunu tərk edib. Rusev istefa ərizəsində səhhətində yaranan problemləri göstərib. Artıq 53 yaşlı baş məşqçinin istefası qəbul olunub və 2012-ci il London Yay Olimpiya Oyunlarınadək bağlanılan müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Əsgərov bildirib ki, Rusev üçün Azərbaycan kimi isti ölkədə işləmək səhhətində problemlər yaradırdı. Həm də onun daha çox öz həmyerlilərinə üstünlük verməsi azərbaycanlı ağırlıqqaldıranların narazılığı ilə qarşılanırdı.

OXŞAR XƏBƏRLƏR